Lənkəranlı azarkeşlərə də göz dəydi

12:25 22 Dekabr 2014

Lənkəran şəhər stadionunda mövsümün anti-rekordu qeydə alınıb.

Sportarena.az хəbər verir ki, cari mövsümdə bu arenada keçirilən oyuna ən az azarkeş toplaşıb.

 

Belə ki, "Xəzər Lənkəran" - AZAL matçını cəmi 1000 nəfər izləyib. Bu isə mövsümün anti-rekordu hesab olunur.

 

"Xəzər Lənkəran" bu mövsüm 9 ev oyunu keçirib. Onlardan ikisi - "Nefxtçi" və "Qəbələ" ilə görüşlər Bakıda baş tutub. Həmin qarşılaşmaları müvafxiq olaraq 1200 və 500 nəfər izləyib.

 

Lənkəranda baş tutan 7 oyun arasında ən az azarkeş toplaşan qarşılaşma isə dünən keçirilib. Bundan əvvəl cənub şəhərində baş tutan 6 oyunda minimum 5000 nəfər stadiona toplaşıb.

 

Qeyd edək ki, "Xəzər Lənkəran"ın bu mövsüm keçirdiyi 9 ev oyununu ümumilikdə 41700 nəfər izləyib.


Xəbər xətti