Georgi Çixradze : "Qazanılacaq qələbə bizi turnir cədvəlində irəli aparacaqdı"

14:49 22 Dekabr 2014

“Qələbə qazanmaq vacib idi. Qazanılacaq qələbə bizi turnir cədvəlində irəli aparacaqdı. Vəzifənin öhdəsindən gəldik. Oyun bizim üçün yaxşı başlamadı. Əsəbi idik. Matç dünən keçirilməli idi. Lakin məlum səbəblərdən təxirə salındı. Bugün isə qarşılaşma erkən start götürdü. Bunun da oyunumuza təsiri oldu. Amma vaxt keçdikcə vəziyyəti düzəldə bildik".

Sportarena.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Simurq"un baş məşqçisi Georgi Çixradze Azərbaycan Premyer Liqasının 18-ci turunda "Bakı"ya 5:2 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib:

"Artıq fasilə yaranıb. Biz qısa müddətdə istirahət edəcəyik. Daha sonra Türkiyədə qış hazırlığına start verəcəyik” - deyə gürcü mütəxəssis bildirib. 


Digər xəbərlər

Xəbər xətti