"Bakı"nı futbolçusu iki qol vurdu, bombardirlər siyahısında lider oldu

15:00 22 Dekabr 2014

Azərbaycan Premyer Liqasının cari mövsümünün bombardiri dəyişib.

Bir qədər öncə başa çatan "Simurq" - "Bakı" görüşündə (5:2) iki qol vuran qonaqların futbolçusu Nurlan Novruzov bombardirlər siyahısında birinci pilləyə yüksəlib.

Bu oyuna qədər aktivində 7 qol olan N.Novruzov "Simurq"la matçda dubl etməklə "İnter"in futbolçusu Mikel Alvaronu geridə qoyub. M.Alvaro 8 qolla ikinci pillədə qərarlaşıb. 


Digər xəbərlər

Xəbər xətti