Elnur Abdullayev "Xəzər-Lənkəran"dan ayrılacaq ? - AÇIQLAMA

22:12 22 Dekabr 2014

"Xəzər-Lənkəran"ın yarımmüdafiəçisi Elnur Abdullayevin klubla olan müqaviləsi yekunlaşıb.

 

Sportarena.az xəbər verir ki, futbolçunun klubda qalacağı isə hələlik məlum deyil. Məsələ ilə bağlı futbolçu Elnur Abdullayev Sportarena.az saytına açıqlama da verib :

"Klubda qalıb -qalmayacağımı hələ ki bilmirəm. Çünki bu barədə danışıqlar olmayıb. Rəhbərliklə görüşəndən sonra hər şeyə aydınlıq gələcək".

Futbolçu digər klublardan təkliflər varmı" sualını belə cavablandırıb :

"Bəli, digər klublardan təkliflər almışam".

 

İlkin, Sportarena.az


Xəbər xətti