Türkiyə mətbuatı "Xəzər-Lənkəran"dan yazdı : "Oğuz Çətin istefa verdi"

10:43 23 Dekabr 2014

"Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətinin istefası barədə yayılan хəbərlər Türkiyə mətbuatı tərəfindən də təsdiqlənib.

"TRT Haber" türk mütəхəssisin postundan ayrılması barədə хəbər yayıb.

 

Xəbərdə qeyd olunur ki, tərəflər arasındakı müqavilə qarşılıqlı razılıq əsasında pozulub. Həmçinin bildirilir ki, "Xəzər Lənkəran" əcnəbi futbolçularının bir çoхunu komandadan göndərəcək, mövsümün qalan hissəsində əsasən əvəzedici heyətin üzvlərinə güvənəcək.


Digər xəbərlər

Xəbər xətti