Mirça Rednik : "Əgər "Xəzər-Lənkəran"dan mənə zəng gəlsə....."

17:00 23 Dekabr 2014

Oğuz Çətin “Xəzər Lənkəran”ın baş məşqçi postundan istefa verdikdən sonra onun yerinə ən real namizədlərdən biri də komandanın sabiq baş məşqçilərindən olan Mirça Rednikdir.

Rednik bu məsələ haqqında öz fikirlərini bölüşüb:

“Xəzər Lənkəran”ın baş məşqçisinin istefa verdiyini sizdən eşitdim, sabiq komandamla həmişə yaxından maraqlanıram, sadəcə hazırda ölkəmdə yeni ilə hazırlaşdığımız üçün son bir həftədir xəbərləri oxumuram. Qaldı ki, mənim yenidən Lənkərana qayıtmağıma, hələlik belə məsələ gündəmdə deyil, ona görə də ətraflı danışa bilməyəcəm. Əgər klubun vitse-prezidenti Tuyqun Nadirovdan mənə zəng gəlsə, o zaman ətraflı danışarıq”. (futbol11)


Xəbər xətti