"İnanırıq ki, UEFA xeyirimizə qərar qəbul edəcək" - AÇIQLAMA

Sportarena.az      24 Dekabr 2014 , 16:00

"Azarkeşlərimiz həmişə "Qarabağ"ı layiqincə dəstəkləyib və komandanın yanında olub. Bu gün bizim 60 minlik stadionumuz da olsa, inanıram ki, o stadion tam dolacaq. Çünki "Qarabağ" bu gün həqiqətən azarkeşlərin rəğbətini qazanıb. Biz də çalışacağıq ki, uğurlu oyunlarımızı davam etdirək".

Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ilin qaliblərinin mükafatlandırılması mərasimində jurnalistlərə açıqlamasında deyib.

"İnanırıq ki, fevral ayının 5-də UEFA bizim xeyirimizə hansısa qərar qəbul edəcək. Amma bu o demək deyil ki, bu qərar "Qarabağ"ın qrupdan çıxmasını və bizim növbəti mərhələdə oynamağımızı təmin edəcək. Çünki futbol tarixində hələ belə bir şey olmayıb”.

İlin məşqçisi seçilməsinə də münasibət bildirən təcrübəli mütəxəssis bunları deyib: "Keçən il də bu mükafata layiq görülmüşdüm. Bu dəfə isə mütləq səs çoxluğu ilə qalib gəldim. Bu isə mənim məşqçilik məsuliyyətimi daha da artırır. Mənə səs verən hər kəsə öz təşəkkürümü bildirirəm".

Mükafatı peşəkar boksçu Fariz Məmmədovdan almasına da toxunan Q.Qurbanov deyib: "Fariz mənim uzun illər tanıdığım dostumdur. Bu hədiyyəni mənə onun təqdim etməsi gözlənilməz oldu. İnanıram ki, gələcəkdə uğurlarımızın davamı gələcək və bizə dəstək olan bütün insanları  öz naliyyətlərimizlə sevindirəcəyik." (qol.az)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin