"Xəzər Lənkəran"da maaşlar azaldı

16:19 25 Dekabr 2014

"Xəzər Lənkəran" rəhbərliyi də bundan sonra heç kimə layiq olmadığı pulu vermək fikrində deyil.

 

Belə ki, rəhbərlik son zamanlar xərclənən milyonlar qarşılığında heç bir ciddi nəticənin olmadığını görüncə, maaşları azaltmağa qərar verib. bütün futbolçulara da yeni müqavilələr təklif olunub və bildirilib ki, bu müqaviləyə razılaşıb oynamaq istəyənlər komandada qala bilər. Kim də istəmir qapı açıqdır. Bir sözlə, bundan sonra "Xəzər Lənkəran"da heç kimə layiq olmadığı böyük pullar verilməyəcək. (rekord.az)


Xəbər xətti