Premyer Liqada baş məşqçi qovuldu

05:12 28 Dekabr 2014

İngiltərə Premyer Liqasında çıxış edən "Kristal Pelas"ın baş məşqçisi Nil Uornok tutduğu vəzifədən azad edilib.

 

Sportarena.az xarici KİV-lərə istinadən xəbər verir ki, Premyer Liqanın son turunda doğma meydanda "Sauqempton"a 1:3 hesablı məğlubiyyətdən sonra klub rəhbərliyi bu addımı atıb.

 

Qeyd edək ki, Nil Uornokun rəhbərliyi altında "Kristal Pelas" 18 turdan sonra turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti