"Xəzər Lənkəran" üçün İtaliya mətbuatından şok açıqlama - DÜNYA ULDUZU LƏNKƏRANA BAŞ MƏŞQÇİ GƏLİR

19:00 28 Dekabr 2014

İtaliya mətbuatı maraqlı informasiya yayıb. Belə ki, yayılan xəbərlərə görə, Oğuz Çətinin gedişindən sonra komandaya Jennaro Qattuzonun baş məşqçi postuna gətiriləcəyini iddia edir.

Onların fikrincə, klubun fəxri prezidenti Mübariz Mənsimovla Qattuzonun yaxın əlaqələri var və bu keçid reallaşa bilər. Lakin Lənkəran klubundan verilən açıqlamada bu xəbərin boş bir xülya olduğu bildirilib. 


Xəbər xətti