Rasim Ramaldanov da "Xəzər-Lənkəran"dan ayrılır ?

20:00 28 Dekabr 2014

Məlum olduğu kimi, "Xəzər-Lənkəran" klubu bir neçə futbolçu ilə yollarını ayırıb. Komanda ən çox legioner futbolçularla vidalaşıb.

Sportarena.az xəbər verir ki, millimizin üzvü olan və hazırda "Xəzər-Lənkəran"ın düşərgəsində olan Rasim Ramaldanovun komandada qalıb -qalmayacağı da hələ dəqiq bəlli deyil. Əldə etdiyimiz məlumata görə, Rasim Ramaldanov maliyyə məsələsində klubla razılaşmaya bilər. Çünki komandada futbolçuların maaşlarında azalma müşahidə olunur. Futbolçu isə ilinə almaq istədiyi pulun məbləğini açıqlayıb. Bu məbləğ də klubu qane etməyib. Hazırda bununla bağlı yekun qərar verilməyib. Son qərar yanvarın 4-ü keçiriləcək klubdaxili iclasda məlum olacaq.


Digər xəbərlər

Xəbər xətti