“Zirvə Liseyi”ndə “Yeni il” şənliyi! (R)

17:30 29 Dekabr 2014

Uşaqlar bizim gələcəyimizdir. Onların güvənli gələcəyinin təmin edilməsi və erkən yaşlarından hərtərəfli inkişaf etmiş bir şəxsiyyət kimi formalaşması üçün “Zirvə Liseyi“ ən etibarlı təhsil ocaqlarından biridir.

AAAF Parkda yerləşən bu Liseydə də möhtəşəm “Yeni il” şənliyi keçirildi. İlk öncə Liseyin direktoru Əmirastan Nəbiyev açılış sözü ilə çıxış edərək hamının bayramını təbrik etdi vən ən xoş arzularını çatdırdı. Daha sonra şagirdlərin hazırladığı, bir-birindən maraqlı, əyləncəli rublikalar tədbiri bəzədi.

Saz ifası, milli rəqslər, müxtəlif dillərdə mahnılar və digər maraqlı səhnəciklər “Yeni il” şənliyinə maraq qatdı. “Şaxta baba” və “Qar qız”ın şağirdlərlə keçirdiyi oyunlar, sual-cavablar, tapmacalar, şeirlər və digər maraqlı viktorinaların da xüsusi yeri var idi.

Şaxta baba və Qar qız şagirdlərlə birlikdə yeni ilin simvolu olan “Küknar ağacı”nın ətrafında dövrə vuraraq rəqs etdilər.

Hər kəsə övladları ilə birgə xoş bayram keçirməyi arzulayır, “Yeni il” münasibətilə təbrik edirik!


Digər xəbərlər

Xəbər xətti