Prandelli “Qalatasaray”ı ŞOKA SALDI

22:19 29 Dekabr 2014

“Qalatasaray”ın qovulan baş məşqçisi şok açıqlamalar verib.

 

Avropa kuboklarında və Türkiyə çempionatında aldığı məğlubiyyətlərdən sonra klubdan qovulan italyan baş məşqçi Çezare Prandelli “Stadyum” proqramına şok açıqlama verib.

Prandelli “təzminatınızı ala bilmədiyiniz üçün “Qalatasaray”ı məhkəməyə verəcəksinizmi” sualına cavab olaraq bunları deyib: “Mən “Qalatasaray”dan ayrıldım. Ancaq müqaviləm rəsmi olaraq pozulmayıb. Əgər müqavilə pozularsa, bu haqda danışa bilərik. Ümid edirəm ki, bu məsələ ən qısa zamanda həll ediləcək”.

Bu açıqlamalar “Qalatasaray” cameəsini şoka salıb. Çünki klub rəhbərliyi italiyalı baş məşqçi ilə rəsmi olaraq müqaviləni pozduqlarını və yeni baş məşqçi Hamza Hamzaoğlu ilə razılığa gəldiklərini bəyan etmişdi.

Lakin Prandellinin ““Qalatasaray”dan ayrıldım, amma müqaviləm olduğu üçün əlavə açıqlama verə bilmərəm” sözləri hər kəsi təəccübləndirib.

Klub rəhbərliyi isə məsələ ilə bağlı heç bir açıqlama verməyib.


Xəbər xətti