SON XƏBƏR - "Rəvan"ın U-19 komandasının üzvü milliyə dəvət aldı

16:12 31 Dekabr 2014

"Rəvan"ın U-19 komandasının üzvü Əlibəy Məmmədli milliyə dəvət alıb.

Sportarena.az xəbər verir ki, U-19 yığma komandasının baş məşqçisi Nikolay Adam futbolçunu bəyənərək onu komandaya cəlb edib. Futbolçu Sportarena.az saytına açıqlamasında isə bunları bildirib :

"Mən U-19 millisinə dəvət aldım, çox sevincliyəm. Yığmanın baş məşqçisi məni çox bəyəndi və mən də bu səviyyəyə çatdığıma görə məşqçilərimə, xüsusən də "Rəvan"ın U-19 komandasının çalışdırıcısı Fizuli Məmmədova təşəkkürümü bildirirəm".


Digər xəbərlər

Xəbər xətti