AAAF Parkda Yeni il ab-havası (R)

13:41 3 Yanvar 2015

Hər il insanlar “Yeni il”i müxtəlif yerlərdə keçirirlər. Xarici ölkələrə gedənlərlə yanaşı, “Yeni il”i ölkəmizdə də qarşılayanların sayı az deyil. Bu bayram günlərində respublikanın müxtəlif yerlərindən məhz AAAF Parkı əyləncə mərkəzi kimi seçənlərin və burada istirahət edənlərin ardı-arası kəsilmirdi. Bu izdiham “Yeni il”in ilk günündən başlayaraq AAAF Parkdakı sakin və ziyarətçilərin əksəriyyətinin “Yeni il” və bayram abu-havasını parkımızdakı istirahət mərkəzlərində reallaşdırdığının gösrəricisi idi. Belə ki, ailəvi istirahətə üstünlük verən ziyarətçilərimiz “Limuland Uşaq Əyləncə Mərkəzi”, “Limu Forest”, “Tuado”, “Zirvə restoranı” və bu kimi məkanlarda xoş anlar keçirirlər.

Yeni ilin personajlarından “Şaxta baba “ və “ Qar qız” ın parkımızda olması buraya gələn sakin və qonaqlarımızın xeyli əylənməsinə səbəb oldu. Xüsusilə azyaşlı uşaqların bəzədilmiş “Küknar ağacı”nın qarşısında “Şaxta baba “ və “ Qar qız”la çəkilən fotoları və yeni il personajlarının uşaqlara hədiyyəsi yaddaqalan məqamlardan oldu.
AAAF Park Yaşayış Kompleksi “Yeni il”ə xüsusi hazırlaşmışdı, belə ki, parkın gözoxşayan tərzdə bəzədilməsi, xüsusilə gecə görüntüləri və əhaliyə göstərilən yüksək xidmət hər kəsi razı salırdı. Parkı ziyarət edənlər buranı razılıq və xoş ovqatla tərk edirdilər.

Əgər siz də “Yeni il”in ilk günlərini yaddaqalan etmək istəyirsinizsə AAAF Parka təşrif buyurun və burada yaradılan yüksək səviyyəli xidmətlərdən faydalanın.


Digər xəbərlər

Xəbər xətti