"Xəzər-Lənkəran"ın baş məşqçisi bu futbolçunu istəyir

20:46 3 Yanvar 2015

"Xəzər Lənkəran"ın yeni baş məşqçisi Elbrus Məmmədovun dəvət göndərdiyi oyunçulardan biri "Neftçala"dandı.

Gənc mütəxəsis keçən sezon "Araz Naxçıvan"ın şərəfini qoruyan, yayda isə digər əyalət təmsilçisi ilə müqavilə bağlayan Əziz Hüseynova "ağ-yaşıl" forma geyinməyi təklif edib. Baxmayaraq ki, 1992-ci il təvəllüdlü müdafiəçi I Divizionda oyun praktikasının azlığından əziyyət çəkir. Kamal Quliyev əslən yevlaxlı gəncə əsas heyətdə güvənmir. 

Bununla belə, "benzin satanlar" Əzizi pulsuz buraxmır, cənublulardan müəyyən məbləğdə kompensasiya istəyir.   


Xəbər xətti