"Rauf Əliyevin transferiylə bağlı rəsmi hələ ki, bir sənəd yoxdu" - "Neftçi" rəsmisi

11:52 5 Yanvar 2015

“Xəzər Lənkəran”dan ayrılan Rauf Əliyevin "Neftçi"ylə ilyarımlıq müqavilə bağladığını xəbər vermişdik.

 

Raufun "Neftçi"yə transferindən sonra "ağ-qaralar"ın çilili forvardı Nikolas Kanalesin komandadan göndəriləcəyi gözlənilir. "Neftçi"nin prezident müşaviri Elnur Əşrəfoğlu ilə məhz bu məsələ haqda danışdıq.

 

Klub rəsmisi Komanda.az-a açıqlamasında Raufun transferinin hələ tam rəsmiləşmədiyini bildirdi:

 

"Rauf Əliyevin transferiylə bağlı rəsmi hələ ki, bir sənəd yoxdu. Bəli, onunla danışıqlar gedir. Komanda sabahdan etibarən toplanacaq. Yanvarın 11-də isə təlim-məşq toplanışı üçün Antalyaya gedəcək. Rauf Əliyevin "Neftçi"nin futbolçusu olacağına yaxın beş gündə tam aydınlıq gələcək.

 

O ki qaldı "Rauf "Neftçi"yə gələrsə, Kanales komandadan göndəriləcəkmi" sualınıza, məncə, bu həm baş məşqçidən, həm də hər iki futbolçudan asılı olan bir məsələdi. Bir də, Rauf "Neftçi"yə gəlib çıxsın, sonrasını zaman göstərər". 


Digər xəbərlər

Xəbər xətti