Elnur Cəfərovun “Xəzər Lənkəran”a qayıdacağı gün bəllidi

13:14 5 Yanvar 2015

Topaz Premyer Liqasında qış fasiləsinə 5-ci pillədə yollanan “Xəzər Lənkəran”da fasilə başa çatır.

Sportarena.az xəbər verir ki, Cənub təmsilçisi bu gün bir araya gələcək.

 

Komanda gecə saatlarında Türkiyəyə yola düşəcək. Antalyadakı toplanış zamanı baş məşqçi Elbrus Məmmədov 5 yoxlama görüşündə yetirmələrini sınayacaq. “Ağ-yaşıllar“ yanvarın 10-da Türkiyənin “Tekirdağspor”, 14-də Almaniyanın “Çemnitzer”, 17-də Türkiyənin “Erciyesspor”, 21-də Almaniyanın II Bundesliqasından “Nürnberq”lə qarşılaşacaqlar. Son görüş üçün isə hələ ki, rəqib tapılmayıb. Çox güman ki, həmin rəqib də Almaniya təmsilçisi olacaq.

 

Hazırda “Valentin Qranatkin” turnirində iştirak edən Elnur Cəfərov yanvarın 13-də “Xəzər Lənkəran”a qoşulacaq.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” Cəfərovla yanaşı, Rahid Əmirquliyev, Rasim Ramaldanov, Tural Cəlilov, Ağabala Ramazanov, Alfred Sanko, Sadio Tounkara və Vyekoslav Tomiç istisna olmaqla digər bütün oyunçularla yollarını ayırıb. (apasport)


Xəbər xətti