SON XƏBƏR-Nurlan Novruzov vulkan kimi püskürdü

13:38 6 Yanvar 2015

"Bakı”nın futbolçusu Nurnal Novruzovun komandanın dünənki məşqinə qatılmamasının səbəbi məlum olub.



Sportarena.az xəbər verir ki, bu barədə açıqlamasında gənc hücumçu özü məlumat verib.



Novruzovun sözlərinə görə, atası ona məşqə getməyə icazə verməyib: “Atam bir neçə dəfə “Bakı”nın bazasında olub. “Bakı”dan mənim transfer vərəqəmi almaq istəyib ki, sərbəst şəkildə digər kluba keçim. Ancaq 60 yaşlı atamı uşaq kimi aldadıb, get-gələ salıblar. Buna görə də atam məşqə getməyi mənə qəti qadağan edib. Mən məşqlərdə iştirak etmək istəmirəm. Buna görə mənə heç nə deyə bilməzlər. Aylardı maaş almıram. Evdən pul almağa da utanıram. Başqa nə etməliydim?”



“Bakı”nın icraçı direktoru Yaşar Seyidov isə Novruzovun növbəti məşqlərdə iştirak edəcəyini deyib. Futbolçu isə Seyidovun sözlərinə belə münasibət bildirib: “Onlar elə düşünə bilərər. Yəqin fikirləşirlər ki, Nurlan yenə gəlib maaşsız oynayacaq. Ancaq daha elə şey olmayacaq. “Bakı”ya qayıtmaq fikrim yoxdur. Məni futboldan da soyudublar. Daha oynamaq belə istəmirəm”.



Xatırladaq ki, 9 qolla Premyer Liqamızın bombardiri olan Novruzov bir neçə klubun maraq dairəsindədir. “Bakı” isə futbolçunun klubun akademiyasının yetirməsi olduğunu əsas tutaraq onun transferi üçün digər klublardan təzminat tələb edir.

 

mənbə: qol.az


Xəbər xətti