Aqil Məmmədov "Sumqayıt"a kimi çağırdı

15:16 6 Yanvar 2015

"Sumqayıt"ın düşərgəsinə yeni futbolçu qoşulub.

 

Sportarena.az  xəbər verir ki, bu, "Kəpəz"in müdafiəçisi Kamran İsmayılovdu.

 

Maraq üçün deyək ki, İsmayılov veteran futbolçu, bir vaxtlar "Xəzər" (Sumqayıt), "Neftçi", "Şəmkir", "Viləş" kimi klublarda forma geyinmiş Vüqar İsmayılovun oğludur. Vüqar isə bir vaxtlar "Sumqayıt"ın hazırkı baş məşqçisi Aqil Məmmədovla çiyin-çiyinə futbol oynayıblar və yaxın dost olublar. Ancaq bu, o demək deyil ki, Aqil dostunun oğlunu qeyri-şərtsiz "Sumqayıt"a götürəcək. İsmayılov bir müddət düşərgədə baxışdan keçəcək. Yalnız özünü doğruldacağı təqdirdə onunla müqavilə imzalayacaq

 

 


Xəbər xətti