SON XƏBƏR - Azərbaycan yığması 2015-ci ilin ilk reytinq siyahısında gerilədi

13:28 8 Yanvar 2015

FİFA dünya yığmalarının 2015-ci ildə ilk reytinq siyahısını açıqlayıb.  Azərbaycan milli komandası ötən ayla müqayisədə daha bir pillə geriləyib. 

Hazırda Robert Prosineçkinin rəhbərlik etdiyi komanda yeni ilə 136-cı pillədə başlayıb. 

Azərbaycan millisinin AVRO-2016-nın seçmə qrup mərhələsindəki rəqiblərindən İtaliya 1103 xalla 11-ci, Xorvatiya 946 xalla 19-cu, Bolqarıstan 506 xalla 66-cı, Norveç 500 xalla 67-ci, Malta 166 xalla 147-ci pillədə qalıb. 

Qeyd edək ki, siyahıya 1725 xalla yenə Almaniya yığması başçılıq edir. Argentina 1538 xalla 2-ci, Kolumbiya 1450 xalla 3-cü pillədədir. 1 pillə irəliləyən Türkiyə millisi isə 604 xalla 48-cidir.  


Digər xəbərlər

Xəbər xətti