Luis Enrike Messidən danışdı : "Mən şayiələrə fikir vermirəm"

15:00 9 Yanvar 2015

"Barselona"nın baş məşqçisi Luis Enrike "Elçe" ilə kubok oyunundan sonra keçirilən mətbuat konfransında maraqlı fikirlər səsləndirib.

Sportarena.az xəbər verir ki, mütəxəssis Lionel Messi ilə aralarındakı problemdən danışıb:

"Mən şayiələrə fikir vermirəm. Əsas odu ki, azarkeşlər "Barselona"nı dəstəklədilər. Oyunumuzu daha da yaxşılaşdırmağa çalışırıq. Messi məsələsinə gəlincə, mən yayılan şayiələrə izah vermək məcburiyyətində deyiləm. Heç bir futbolçu ilə ayrılıqda söhbət eləmirəm".


Digər xəbərlər

Xəbər xətti