“Qarabağ”ın daha bir ulduzu gedir?

20:02 15 Yanvar 2015

Son günlərdə "Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muaremlə yanaşı Leroy Corcun da karyerasını Türkiyə Superliqasında davam etdirəcəyi iıə bağlı xəbərlər dolaşır.Hollandiyalı yarımmüdafiəçi ilə "Sivasspor" maraqlanır. 
 

 

Artıq türk klubunun Leroyu transfer etməsi xəbər öz təsdiqini tapıb. Bu barədə futbolinfo.az-a "Sivasspor"un məşqçisi Tamer Tuna məlumat verib:" Bəli, bu xəbər doğrudur. Leroy Corcu bizə təklif etdilər. Şərtlər uyğun olarsa, yarımmüdafiəçini transfer edəcəyik".

Tamer bəy "Qarabağ"a rəsmi təklif göndərildimi?" sualını cavavbsız qoymaqla bir növ "susmaq razılıq əlamətidi" deyiminə əməl etmiş oldu.

Sərgən Yalçının köməkçisi millimizin üzvü Cihan Özkaranın da "Sivasspor"dakı aqibətinə aydınlıq gətirb. Onun sözlərinə görə, hazırda Cihanı başqa bir klubun futbolçusu ilə dəyişdirmək istəyirlər. Hazırda menecerlər bunun üzərində çalışdığı üçün məsələyə tez bir zamanda aydınlıq gələcəyini qeyd edib.

Qeyd edək ki, Özkara müqavilə ilə "Sivasspor"a aiddi.


Xəbər xətti