AZAL ilk yoxlama matçında heç-heçə etdi

20:19 15 Yanvar 2015

AZAL bu gün qış hazırlığı çərçivəsində ilk yoxlama oyununu keçirib. 

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, əsasən düşərgədə olan yeni və əvəzedici komandadan gələn futbolçuların yoxlanılması məqsədi daşıyan qarşılaşmada rəqib “Qaradağ Lökbatan” olub.

 

Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Bütün qolların ilk yarıya təsadüf etdiyi matçda "təyyarəçilər"in qollarının birini Freddi Mombonqo penaltidən vurubsa, digər top rəqibin avtoqolu hesabına reallaşıb.

 

Qeyd edək ki, AZAL qış fasiləsində 4 yoxlama oyunu keçirəcək. Sonrakı 3 qarşılaşmanın qrafiki belədir: 17 yanvar – “Sumqayıt” (Sumqayıt şəhər stadionu), 19 yanvar – “Sumqayıt” (AZAL Arena), 22 yanvar – “Bakı” (Bakı FK təlim-məşq bazası).


Digər xəbərlər

Xəbər xətti