Emil Balayev oynamadı, "Ayntraxt" uduzdu

13:42 16 Yanvar 2015

Millimizin qapıçısı Emil Balayevin çıxış etdiyi Almaniyanın “Ayntraxt” klubu BƏƏ-nin Abu-Dabi şəhərində təlim-məşq toplanışını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, Bundesliqa təmsilçisi Asiya ölkəsində ilk yoxlama matçını keçirib. Frankfurtlular digər Bundesliqa təmsilçisi “Hamburq”la qarşılaşıb. “Ayntraxt”ın  3:2 hesabı ilə məğlub olduğu qarşılaşmada Emil Balayev meydana çıxmaq şansı əldə edə bilməyib.


Xəbər xətti