Məşqçilər Komitəsi "Simurq"la müzakirə apardı

Sportarena.az      18 Yanvar 2015 , 01:51

AFFA-nın Məşqçilər Komitəsinin üzvləri Antalyada qış təlim-məşq toplanışında olan "Simurq"un düşərgəsində olub.

 

Sportarena.az xəbər verir ki, komitənin sədri Vaqif Sadıqov və üzvləri Ağasəlim Mircavadov, Şahin Diniyev, Şakir Qəribov Zaqatala təmsilçisinin məskunlaşdığı "Sirena Belek" otelində klubun prezidenti Anar Bəkirov, baş məşqi Georgi Çixradze, baş menecer Kamran İsmayılov və məşqçilər korpusu ilə görüşüb.

Görüş zamanı bir çox mövzularla bağlı müzakirələr aparılıb. Öncə komandanın hazırlığı ilə maraqlanan komitə üzvləri daha sonra A milli komandada və digər yaş qruplarından ibarət yığmada oynayan futbolçuların durumları ilə bağlı məşqçilərlə söhbət ediblər. Aparılan fikir mübadiləsi zamanı gənc futbolçuların yetişdirilməsi və bunun futbolumuzun inkişafı üçün vacibliyi ilə bağlı məsələyə də toxunulub. Həmçinin əvəzedici heyətdə oynayan və istedadlı futbolçuların asas komandaya cəlb olunması prossesi ilə bağlı məşqçilər korpusu komitə üzvlərinə məlumat verib.

Görüş zamanı legioner limiti ilə bağlı da müxtəlif dialoqlar olub. Klub prezidenti Anar Bəkirov bununla bağlı mövqeyini komitə üzvlərinə bildirib. Premyer Liqanın səviyyəsinin artırılması ilə yanaşı, aşağı dəstədə mübarizə aparan komandalarda da vacib işlərin görülməsi xüsusi vurğulanıb. Sonda görüşdən razı qalan hər iki tərəf bu cür müzakirələrin davamlı olaraq aparılmasının məqsədəuyğun olduğunu bildiriblər.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin