"Qəbələ" toplanışı darmadağınla yekunlaşdırdı

13:09 20 Yanvar 2015

Təlim məşq məqsədilə Antalyada olan "Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası bu gün sözügedən bölgədə üçüncü - sonuncu sınaq oyununu keçirib.

Sportarena.az klubun rəsmi sayıtna istinadən xəbər verir ki, daha öncə yerli "Antalyaspor" U-15 (0:2) və "Kunduspor" U-17 (2:2) ilə qarşılaşan təmsilçimiz  bu dəfə "Laraspor"un U-15 komandası ilə üz-üzə gəlib.

Matç "qırmızı-qaralar"ın 6:0-lıq qələbəsi ilə yekunlaşıb. Təmsilçimizin heyətində Kamran Quliyev (4) və Məhəmməd Abbaslı (2) fərqlənib.

Bu matç ilə Antalyadakı təlim-məşq toplanışını yekunlaşdıran U-15 komandamız sabah səhər səhər saatlarında vətənə dönəcək.


Xəbər xətti