SON XƏBƏR - Çinli milyarder "Atletiko"nu alır ?

13:09 21 Yanvar 2015

“Land of fire Azerbaijan” formalı “Atletiko” daha bir sponsorluq müqaviləsi bağlayıb. 

 

Sportarena.az xəbər verir ki, Çinin “Dalyan Vanda” şirkəti artıq Madrid klubu ilə əməkdaşlığa başlayıb. Klubun 20% səhmləri şirkətin sahibi olan Van Cyanlinin hesabına keçib. Pekində imzalanan müqaviləyə əsasən, "Dalian Vanda" buna görə Madrid klubuna 45 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, müqavilənin şərtlərinə görə, klub Çində 3 futbol məktəbi açmalı, şirkətlə bir neçə layihədə iştirak etməli, eyni zamanda bu il Çinə səfər etməlidi. Bu ilin may ayında "Bakı" klubu ilə olan müqaviləsi sona çatan "Atletiko"da "Land of fire Azerbaijan" yazısının yerinə "Dalyan Vanda" şirkətinin sloqanının olması ehtimalı yüksəkdir.


Xəbər xətti