"Qarabağ" qayıtdı, məşqçisi Hollandiyada qaldı

18:31 21 Yanvar 2015

"Qarabağ"ın müxtəlif yaş qrupları üzrə komandalarının məşqçiləri Hollandiyaya işgüzar səfərə yollanmışdı. 

Sportarena.az xəbər verir ki, idman direktoru Con van Leonun rəhbərliyi altında onun vətənində Ayaks, PSV, Utrext kimi klubların futbol akademiyalarında təlim keçən məşqçilər bugün vətənə qayıdırlar.

"Qarabağ"ın 17 yaşlılar üzrə ibarət komandasının məşqçi-köməkçisi Cavad Mirzəbəylinin Hollandiyada səfəri zamanı səhhətində problem yarandığını və əməliyyat keçirdiyini xəbər vermişdik. Artıq mütəxəssisin səhhəti yaxşıdır və Bakıya qayıdacağı tarix də məlum olub. Belə ki, məşqçi yanvarın 23-ü Bakıya qayıdacaq.


Xəbər xətti