Sabah güləş millimizin açıq məşqi olacaq

18:00 27 Yanvar 2015

Sərbəst, qadın və yunan-Roma güləşi üzrə ölkə yığma komandaları 2015-ci ilin təqvim planına əsasən hazırlıqlarını Olimpiya Güləş Mərkəzində (Excelsior otelin yanı) davam etdirir. 28 yanvar 2015-ci il tarixdə saat 10.00-da Olimpiya Güləş Mərkəzində güləş üzrə ölkə yığma komandalarının mətbuat üçün açıq məşqi keçiriləcək.

Mətbuat nümayəndələri 2015-ci il üçün yığma komandaların hədəfləri və qarşıdan gələn yarışlar haqqında yığma komanda məşqçilərinin və aparıcı idmançıların fikirləri ilə tanış ola biləcək. 

Açıq məşqin proqramı belədir:

Saat 10:00 - yunan-Roma güləşi üzrə yığma komanda
Saat 11:00 - qadın güləşi üzrə yığma komanda
Saat 11:30 - sərbəst güləş üzrə yığma komanda


Məşqi izləməyə bütün KİV nümayəndələri dəvətlidir.


Digər xəbərlər

Xəbər xətti