İrandan qadın azarkeşlərlə bağlı - YENI QƏRAR

21:30 28 Yanvar 2015

İranda şəriət qanunlarına görə, qadınların kişi idman oyunlarını izləməsinə icazə verilmədiyi barədə xəbər vermişdik. 
 

 

Qadın azakeşlərlə bağlı qanun bir qədər yumşaldılıb. İran Voleybol Federasiyasının rəhbəri Mahmud Afshardoust açıqlamasında bu il ölkədə baş tutacaq voleybol turnirində qadın azarkeşlərlə bağlı dəyişiklik edildiyini açıqlayıb:

“Bu il ölkəmizdə beynəlxalq voleybol oyunları keçiriləcək. Bu zaman xaricdən, eyni zamanda ölkə ərazisində fəaliyyət göstərən elçilik və səfirliklərin xanımları, İranın xanım vətəndaşları bu oyunlara baxa biləcəklər. Ancaq xanımlar İslam dininin buyurduğu kimi qapalı geyinərək bu şansı əldə edə biləcəklər”.

Qeyd edək ki, İran 2015-ci ildə Beynəlxalq Kişi Voleybol oyunlarına ev sahibliyi edəcək.

Xatırladaq ki, bir müddət əvvəl Gonca Gavami adlı iranlı qadın kişi voleybol oyununu izlədiyi üçün cəzalandırılmışdı.

 

“Qafqazinfo”


Digər xəbərlər

Xəbər xətti