Bakı atəşi yenidən alovlanacaq

16:59 29 Yanvar 2015

Yanvarın 31-də saat 19:00-da Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) III turunun görüşü keçiriləcək.

 

Sportarena.az apasport.az saytına istinadən xəbər verir ki, Azərbaycanın “Baku Fires” klubu Qazaxıstanın “Astana Arlans” komandası ilə qarşılaşacaq.

 

Bu dəfə təmsilçimizin heyətində iki boksçu WSB liqasında debüt edəcək. Bunlar Rəsul Saliyev və Rahil Məmmədlidi. Məmmədli bu ay keçirilən Azərbaycan çempionatında yalnız final görüşündə təcrübəli Teymur Məmmədova uduzub. 91 kq çəki dərəcəsində mübarizə aparacaq həmyerlimiz finalda 2009-cu ilin Asiya çempionu Vasili Levitlə üz-üzə gələcək.

 

Digər debütant Saliyev üçün də asan olmayacaq. O, Qazaxıstan çempionu, 2013-cü il Asiya çempionatının qalibi Jusupovla görüşəcək.

 

Ualixanovun da WSB-də böyük təcrübəsi var. Qazaxıstan boksçusu hələ 2013-cü ildə o vaxt “Baku Fires”in şərəfini qoruyan Osman Əliyevi məğlub etmişdi.

 

“Baku Fires” – “Astana Arlans”

49 kq. Rəsul Saliyev – Temirtas Jusupov

56 kq. Məhəmməd Qurbanov – Nursultan Koşequlov

64 kq. Heybətulla Hacəliyev – Asxat Ualixanov

75 kq. Jaba Xositaşvili – Meyrim Nursultanov

91 kq. Rahil Məmmədli – Vasili Levit

 

“Astana Arlans” klubu cari mövsümdə hər iki görüşünü qələbə ilə başa vurub. İlk turda Almatıda Venesuela komandasını 5:0 hesabı ilə məğlub edən qazaxlar II turda səfərdə “Rafako Hussars Poland”ı 3:2 hesabı ilə üstələyib.

 


Digər xəbərlər

Xəbər xətti