"Arsenal"ın heyətində ciddi itki

22:57 29 Yanvar 2015

“Arsenal”ın hücumçusu Aleksis Sançes İngiltərə Premyer Liqasının XXIII turu çərçivəsində “Aston Villa” ilə oyunu buraxa bilər.

Sportarena.az xəbər verir ki, bu haqda mətbuat konfransında “topçular”ın baş məşqçisi Arsen Venger bildirib.

 

Fransalı mütəxəssisinin sözlərinə görə, İngiltərə Kubokunda “Brayton”la görüşdə meydanda yenə eyni heyətə şans verəcək. Sançesin oynayıb-oynamayacağı isə şübhə altındadı. Buna səbəb çilili futbolçunun dizaltı vətərində problemlərin olmasıdı. Son qərar isə yanvarın 31-də veriləcək.

 

Qeyd edək ki, “Arsenal” – “Aston Villa” matçı fevralın 1-də keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

 


Digər xəbərlər

Xəbər xətti