"İnter" öz meydanında "Sumqayıt"la bacarmadı

17:52 30 Yanvar 2015

Bu gün Premyer Liqada mövsümün ikinci yarısı start götürəcək.

Sportarena.az xəbər verir ki, çempionatda yaranan fasilədən sonra komandalar 2015-ci ilin ilk oyunlarına çıxacaq.

 

III dövrə “İnter Arena”da başlayacaq. Burada qış təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirən “İnter” ölkədən kənara çıxmayan “Sumqayıt”ı qəbul edəcək. Türnir cədvəlinin 2-ci pilləsində qərarlaşan Kaxaberber Sxadadzaenin yetirmələri indiyədək öz meydanında xal vermədiyi autsayder qarşısında yenə çətinlik çəkməyəcəyi proqnozlaşdırılır.

 

Qeyd edək ki, lideri “Qarabağ”ın istirahət etdiyi turun digər oyunları yanvarın 31-i və fevralın 1-də keçiriləcək.

 

 

Premyer Liqa (Azərbaycan)

XIX tur

30 yanvar (cümə)

16:00. “İnter” – “Sumqayıt” 0:0 (başa çatıb)

72-ci dəqiqədə Bokanyano penaltidən yararlana bilməyib

İlk 2 dövrədəki oyunlar: 5:1, 0:0

“İnter Arena”


Xəbər xətti