Messini kim təkbətək söhbətə çağırıb?

11:00 30 Yanvar 2015

“Barselona”nın müdafiəçisi Jeremi Matye komandanın baş məşqçisi Luis Enrike ilə hücumçu Lionel Messi arasında münaqişə olması haqda xəbərlərə münasibət bildirib

Sportarena.az xəbər verir ki, fransalı futbolçu bunu təsdiqləyib.

 Matye belə halların istənilən komandada ola bildiyini deyib: “Bu, Yeni il bayramı ilə əlaqədar verilən istirahətdən qayıtdıqdan sonra baş verdi. Məşqdə ikitərəli oyun zamanı Messiyə qarşı qayda pozuntusu oldu. Lakim Luis Enrike bunu qeydə almadı. Bundan sonra onların arasında mübahisə yarandı. Daha sonra Enrike Messini təkbətək söhbət üçün patardəyişmə otağına çağırdı və məsələ oradaca həll olundu. Belə hallar istənilən komandada ola bilər. Bu məsələ hər kəs tərəfindən çox şişirdildiyi üçün də problem yarandı”.

 

 


Digər xəbərlər

Xəbər xətti