Ruben "İnter"də debüt etdi

17:29 30 Yanvar 2015

Azərbaycan Premyer Liqasının XIX turunun “İnter” – “Sumqayıt” oyununda meydana çıxan Ruben Şaken Azərbaycan çempionatlarında debüt edib.

Sportarena.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi buna nail olan 6-cı holland futbolçudur.

Belə ki, Şakenə qədər onun 5 həmyerlisi Premyer Liqamızda çıxış edib. Onlar arasında rekord Stiv Olfersə məxsusdu. “Qəbələ”də çıxış etmiş legioner çempionatımızda 50 matç keçirib.

44 oyun keçirən Corc Leroy isə 14 qolla hollandiyalılar arasında hamıdan məhsuldardı. “Qarabağ”ın yarımmüdafiəçisi hələ də klubunda çıxış etdiyindən Olfersi keçə də bilər.

“Qəbələ”də 1 mövsüm keçirən Lorenso Ebesilio 32 qarşılaşmada 8 qol vurubsa, Melvin Platye 2Neftçi2də ümidləri doğrultmayıb – 14 oyunda 1 qol.

Qəbələ təmsilçisində oynamış digər hollandiyalı Con Kollins isə cəmi 2 görüşdə meydana çıxıb.

Qeyd edək ki. Hollandiya pasportuna malik daha 3 futbolçu çempionatımızda çıxış edib. Bunlar təmiz holland olmayanlar – boqlar ivan Svetkov. Mərakeçli Adnan Bərəkət və türk Fatih 


Digər xəbərlər

Xəbər xətti