Dmitri Çiqrinski "Şaxtyor"dan ayrılıb.
Sportarena.az xəbər verir ki, klub 28 yaşlı müdafiəçiyə azad agent statusu verib.
Cari mövsümdə 3 oyunda meydana çıxan Çiqrinskinin agenti bildirib ki, hazırda klub axtarışındadır: "Çalışırıq ki, qış transfer pəncərəsi bağlanmadan ona klub tapaq. Əsas məqsədimiz Dmitriyə ölkə xaricində iş tapmaqdır".