İbrahimoviçin meneceri: "Qvardiola bir insan kimi zibildir"

18:25 2 Fevral 2015

Mario Balotelli, Pol Poqba və Zlatan İbrahimoviç kimi futbol ulduzlarının meneceri Mino Rayola "La Gazzetta Dello Sport"a maraqlı açıqlamalar verib.

Sportarena.az xəbər verir ki, Rayola "İnter" və "Milan"ın birləşməsinin vacibliyini qeyd edib: 

"Milan" və "İnter" klubları birləşməlidi. Hər ikisi dünyanın ən varlı klubları olub. Amma Berluskoni və Moratti olmadan irəli gedə bilməzlər. Qalliani ərəblərin futbola yatırımlarına işarə vuranda ona "Siz də 20 il ərəbsayağı işləmisiz" deyə cavab verirəm. Ya klubu çinliyə satın, ya da "Milan" yerində sayacaq. Azarkeşlər də Milanın yarımçıq iki komandasını izləməkdə davam edəcəklər. Əgər "İnter" və "Milan" birləşsə, yeni təsisatın büdcəsi 320 milyon avro olacaq".

Tanınmış futbol agenti İbrahimoviç barədə sualı da cavablandırarkən maraqlı bir söz işlədib: “Qvardiola həmin adam idi ki, İbrahimoviçi "Barselona"ya dəvət etdi. Sonra isə İbra ilə yaxşı rəftar etmədi. O, yaxşı məşqçidi. Amma bir insan kimi zibildi".

 


Xəbər xətti