"Sumqayıt" boş dayanmayacaq

16:00 3 Fevral 2015

Premyer Liqanın 3-cü dövrəsinə "İnter"lə heç-heçə (0:0) ilə başlayan "Sumqayıt" 20-ci turda istirahət edəcək. 

Sportarena.az  klubun rəsmi saytına istinadən xəbər verir ki, bu səbəbdən Aqil Məmmədovun komandası yoxlama oyunu keçirmək qərarına gəlib.

Belə ki, "Sumqayıt" "Rəvan"la yoxlama oyunu keçirəcək. Həmin qarşılaşma fevralın 5-də saat 13:00-da "Bayıl Arena"da keçiriləcək.

 


Digər xəbərlər

Xəbər xətti