“İnter” vitse-kapitanını Lənkərana aparmayacaq?

17:44 3 Fevral 2015

Qış fasiləsindən sonrakı ilk turda “Sumqayıt”la qolsuz heç-heçə edən “İnter” Topaz Premyer Liqasında “Xəzər Lənkəran”la keçiriləcək XX tur matçının hazırlığına start verib.

Sportarena.az xəbər verir ki, Lənkəran səfəri öncəsi zədəli futbolçu Asif Məmmədovdan gələn xəbər məşqçilər korpusunu sevindirib.

Antalya toplanışı zamanı zədələnən “bankirlər”in yarımmüdafiəçisi artıq sağalıb. Vitse-kapitan bu gündən kollektivlə birgə məşqə qoşulub. Ancaq onun Lənkəran səfərinə aparılıb-aparılmayacağı ilə bağlı yekun qərarı baş məşqçi Kaxaber Sxadadze verəcək. Antalya toplanışında zədələnən digər futbolçu Aleksandr Amisulaşvili isə hələ bir ay komandadan ayrı qalacaq.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “İnter” oyunu fevralın 7-də keçiriləcək.

 


Digər xəbərlər

Xəbər xətti