Portuqaliyalı ulduzun yeni sevgilisi: “Ronaldo yataqda inanılmazdı”

21:58 3 Fevral 2015

“Kriştianu Ronaldoyla görüşəndə, qarşımda dünyanın ən cəlbedici kişilərindən birini gördüm. Ona “yox” demək mümkün deyildi”.

Sportarena.az xəbər verir ki, bu sözləri məşhur model Andressa Urax deyib.

Braziliyalı xanım Portuqaliya millisinin və İspaniya “Real”ının ulduzu Kriştianu Ronaldo ilə münasibətlərindən danışıb.

Öz gözəlliyi ilə futbolçunun ağlını başından çıxaran, onu rusiyalı sevgilisi İrina Şeyxə xəyanət etməyə sövq edən Andressa portuqaliyalı ilə görüşündən məmnun qalıb: “Tanış olandan az sonra Kriştianu mənə zəng etdi və görüşdük. İnternetdəki şəkillərimin onu cəlb etdiyini söylədi. Bütün gecəni gözəlliyimdən bəhs etdi. Ronaldo yataqda inanılmazdı. Çox vacib oyundan öncə mənə vaxt ayırdı”.

Qeyd edək ki, portuqaliyalı ulduz Andressanın dediklərinə sərt reaksiya verib. Ronaldo daim vacib qarşılaşmalardan öncə qadınlarla bağlı macəralarının gündəmə gətirilməsinin planlı şəkildə təşkil edildiyini söyləyib.

 


Digər xəbərlər

Xəbər xətti