Xorvatiya yığmasının üzvü: “İki kumirim olub: Robert Prosineçki və...”

13:00 4 Fevral 2015

“Yarımmüdafiəçi olduğumdan, daha çox bu mövqedə çıxış edən futbolçuların oyununa baxmışam. Mənim iki kumirim olub: Robert Prosineçki və Luka Modriç”.

Sportarena.az xəbər verir ki, bu sözləri Xorvatiya yığmasının üzvü Mato Yayalo deyib.

Qış “transfer pəncərəsi”ndə İtaliyanın “Palermo” klubuna transfer olunan 27 yaşlı futbolçu ölkəsinin mətbuatına açıqlama verib. Maraqlı fikirlər səsləndirən Yayalo söhbət əsnasında Robert Prosineçkinin də adını çəkib: “Sevinirəm ki, “Palermo” kimi klubun formasını geyinəcəm. Komandaya təzə qoşulmuşam, adaptasiya prosesini hələ tam keçməmişəm. Xorvatiyadan böyük futbolçular çıxıb. Onların sırasında Prosineçki də var. Vaxtilə onun kumiri olmuşam, oyunlarını izləmişəm. Özümü məhz ona oxşatmağa çalışmışam. Karyerasını davam etdirən futbolçulardan isə Luka Modriçi bəyənirəm. Mən də onlar kimi Xorvatiya futbolunda iz qoymaq istəyirəm”.

Qeyd edək ki, Yayalo “Palermo”ya ölkəsinin “Riyeka” klubundan keçib. 

 


Xəbər xətti