"Neftçi"nin futbolçusu: “Arif Əsədovla dava etməmişəm”

19:01 5 Fevral 2015

“Bu həqiqət deyil. Mən baş məşqçi ilə niyə davam edim?”.

Sportarena.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Neftçi”nin kamerunlu hücumçusu Ernest Nfor deyib. 

O, Arif Əsədovla dava etməsi haqqında bu gün yayılan xəbərlərə münasibət bildirib: “Əvəzedici heyətə göndərilməyim gəlincə bu barədə danışmaq istəmirəm”.

Qeyd edək ki, “Neftçi” tərəfi Nforun məşqlərə qeyri-ciddi yanaşmasına görə onu əvəzedici heyətə göndərib.

 


Xəbər xətti