Millətlər kubokunda növbəti qalmaqal: Helekopter atəşə tutuldu

11:28 6 Fevral 2015

Ekvatorial Qvineyada keçirilən Afrika Millətlər Kubokunda növbəti xoşagəlməz hadisə yaşanıb.

Sportarena.az xəbər verir ki, turnirin yarımfinal oyununda uzunmüddətli fasilə yaranıb. Buna səbəb Ekvatorial Qvineya yığmasının böyükhesablı məğlubiyyəti olub. Məğlubiyyəti həzm edə bilməyən azarkeşlər meydana içi su ilə dolu butulkalar atıblar. Bu səbəbdən oyunun baş hakimi qarşılaşmanı 83-cü dəqiqədə saxamağa məcbur olub.

Etirazarını davam etdirən azərkeşləri sakitləşdirmək üçün helekopter havaya qalxsa da, ev sahibləri helekopteri “butulka yağışı”na tutublar. Yarım saat keçdikdən sonra oyuna davam edilib. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə sonuclanıb.

 


Digər xəbərlər

Xəbər xətti