"Arsenal"lı futbolçu siqaret çəkərkən yaxalandı - FOTO

16:21 6 Fevral 2015

İngiltərənin “Arsenal” klubunun yarımmüdafiəçisi Cek Uilşer cəzalana bilər.

Sportarena.az  xəbər verir ki, daha öncə siqaret çəkdiyi yerdə görüntülənən oyunçu yenə mənfi hadisə ilə gündəmə düşüb. 

Siqaretə görə danlanan Cek son olaraq dostları ilə birgə qəlyan çəkən yerdə görüntülənib.

Xatırladaq ki, bir müddət öncə klubun qapıçısı Voyçex Şesniy  siqaret çəkdiyi üçün cəzalandırılmışdı. Baş məşqçisi Arsen Venger bu halın təkrarlanacağı təqdirdə Uilşeri mövsümün sonuna qədər ikinci komandaya göndərəcəyini bildirmişdi.

 


Xəbər xətti