"Neftçala" Gürcüstan klubunu məğlub etdi

00:46 8 Fevral 2015

Bu gün Antalyada təlim-məşq toplanışı keçirən “Neftçala” klubu növbəti yoxlama oyununda qüvvəsini sınayıb.

Sportarena.az xəbər verir ki, bu gün 1-ci divizion komandası Gürcüstanın “Zubvidi” klubu ilə qarşılaşıb. Oyun "Neftçala"nın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Neftçala” klubu daha əvvəl üç yoxlama görüşündə qüvvəsini sınamış, bu oyunlardan ikisində qalib, birində isə məğlub olmuşdu.


Xəbər xətti