"Xəzər-Lənkəran"ın baş məşqçisi: "Yaxın vaxtlarda 3 xal da qazanacağıq"

19:26 7 Fevral 2015

Azərbaycan Premyer Liqasının XX turunda “Xəzər Lənkəran” doğma meydançasında “İnter”ə 1-2 hesabı ilə məğlub oldu.

Sportarena.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin baş məşqçisi Elbrus Məmmədov oyun barədə fikirlərini bölüşüb:

“Məncə, oyun tamaşaçıların xoşuna gəldi. Mübarizə apardıq. Güclü rəqibə qarşı oynadıq. “İnter”i qələbə münasibəti ilə təbrik edirəm. Bəli, bu gün uduzduq. Amma qələbəmiz də var. Bu, gənc oyunçuların təcrübə qazanmasıdır. Yaxın vaxtlarda 3 xal da qazanacağıq”.


Xəbər xətti