Bolqarıstan "Bakı-2015"ə 109 idmançıyla gəlir

23:51 8 Fevral 2015

İyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa Oyunlarında iştirak edəcək Bolqarıstan yığmasının heyətinin sayı dəqiqləşib.

Sportarena.az "AzərTAc"a istinadən xəbər verir ki, ölkənin Milli Olimpiya Komitəsi Azərbaycana 109 idmançı ilə gələcəklərini bildirib.

Bolqarlar 20 idman növündən 11-də qüvvələrini sınayacaqlar. Onlar güləş idman növündə 24 çəki dərəcəsindən 23-də (16-ı kişi, 7-si qadın) təmsil olunacaqlar. 11 boksçu (9 kişi, 2 qadın) ilə ölkəmizə gələcək komandanın heyətində həm kişilərdən, həm də qadınlardan ibarət voleybol yığmaları (14 kişi, 14 qadın) yer alacaq. Bundan əlavə, bolqarlar gimnastikada 17 (8 kişi, 9 qadın), triatlonda 1 (qadın), qılıncoynatmada 2 (kişi), kanoedə 4 (3 kişi, 1 qadın), velosiped idmanında 2 (kişi), üzgüçülükdə 10, güllə atıcılığında 5 (3 kişi, 2 qadın) və samboda 6 (2 kişi, 4 qadın) idmançı ilə mübarizə aparacaqlar.

 


Digər xəbərlər

Xəbər xətti