Güləşçilərimiz Moskvadan 1 qızıl və 1 bürünc medalla qayıdıb

11:28 9 Fevral 2015

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Olimpiya çempionu Boris Qureviçin xatirəsinə həsr olunmuş güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib. Turnirdə iştirak edən yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri 1 qızıl və 1 bürünc medal qazanıb. 

42 kq çəki dərəcəsində mübarizə aparan Elşad Məmmədov bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalına sahib olub. 69 kq-da yarışan Ülvi Qənizadə isə, fəxri kürsünün 3-cü pilləsində qərarlaşıb və bürünc medal qazanıb. 

Zaur Nuriyev (46 kq) və Camal Feyziyev (100 kq) isə həlledici görüşdə uduzaraq turniri 5-ci sırada tamamlayıb. 


Digər xəbərlər

Xəbər xətti