Azərbaycan idmançıları dünyanın ən yaxşı güləşçiləri reytinqində ikincidir

13:30 9 Fevral 2015

Dünya Güləş Birliyi (UWW - United World Wrestling) yanvar ayında keçirilən “İvan Yarıqin”, “Deyv Şults” və “Paris Open” yarışlarının nəticələri nəzərə alınmaqla ən yaxşı sərbəst güləşçilərin reytinqini açıqlayıb.

Sportarena.az xəbər verir ki, siyahıda Azərbaycan güləşçiləri də yer alıb.

Hacı Əliyev və Xetaq Qazyumov çıxış etdikləri 61 kq və 97 kq-dək çəki dərəcələrində ikinci yerdə qərarlaşıblar.

Hacı Əliyev öz çəkisində rusiyalı Aleksandr Boqomoyev, Xetaq Qazyumov isə Abdusalam Qadisovdan (Rusiya) geri qalıb.


Xəbər xətti